Ali-Səudun Yəməndəki cinayətləri
Səudiyyə Ərəbistanı ordusunun qırıcı təyyarələri atəşkəsin elan olunması ilə Yəmənin müxtəlif bölgələrini bombardman edib və çoxlu sayda yəmənlini qətliam edib.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcıları yeni cinayətdə Yəmənin Həccə vilayətində Hərz şəhərciyini bombardman ediblər. Nəticədə 11 Yəmən vətəndaşı, o cümlədən bir neçə qadın və uşaq həlak olub, 13 nəfər də yaralanıb.
Yəmənin tibb dairələri də bildiriblər: Səudiyyə qırıcı təyyarələrinin Təiz vilayətində yaşayış şəhərciyi və elektrik stansiyasına hücumu nəticəsində 4 yəmənli həlak olub, bir neçə nəfər də yaralanıb.
Səudiyyə qırıcı təyyarələrinin Yəmənin cənubunda Ləhic vilayətinə hücumunda da 6 nəfər həlak olub, 2 nəfər də yaralanıb.
Bundan əlavə Sədə vilayətinin Zəhyan məntəqəsində bir ailənin 4 üzvü həlak olub.
Yəmən paytaxtı Sənanın müxtəlif bölgələri də düşmənin hücumlarına məruz qalıb. Hücumlar nəticəsində bir neçə nəfər yaralanıb.
Yəmən ordusu və xalq müqavimət qüvvələri Yəmənin Marib vilayətinin Cədan məntəqəsinə doğru irəliləməyə cəhd göstərən düşmən səudiyyə və muzdlularının qarşısını alıb və çoxlu sayda səudiyyəli hərbçini öldürüb və yaralayıblar.
Bu arada Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya rəsmiləri Səudiyyə Ərəbistanı ordusunun yüksək səviyyəli komandanı və Birləşmiş Ərəb Əmirliklərinin hərbi zabiti bazar ertəsi günü Yəmən ordusunun Təiz vilayətindəki hücumu nəticəsində öldürüldüyünü təsdiqləyiblər.
Əl-Məsirə telekanalı da Babul-Məndəbdə təcavüzkarların komandanlıq mərkəzinə raket hücumunda həlak olanların sayını 152 nəfər elan edib.
Halbuki Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin ofisinin rəhbəri Muxtar əl-Rəhbi bu ölkədə bazar ertəsi günündən atəşkəsin başlandığını bildirmişdi.