Hizbullah: Ərəbistan Suriya böhranının davam etməsi amilidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203070-hizbullah_Ərəbistan_suriya_böhranının_davam_etməsi_amilidir
Livan Hizbullahı Səudiyyə Ərəbistanını Suriyadakı böhranın davam etməsinin səbəbkarı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 08:44 Asia/Baku
  • Hizbullah: Ərəbistan Suriya böhranının davam etməsi amilidir
    Hizbullah: Ərəbistan Suriya böhranının davam etməsi amilidir

Livan Hizbullahı Səudiyyə Ərəbistanını Suriyadakı böhranın davam etməsinin səbəbkarı adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Livan Hizbullahının İcraiyyə Şurasının rəhbəri Şeyx Nəbil Qavuq deyib: Təkfiri ideologiyası və onun təhlükəli nəticələri Ərəbistandan qaynaqlanır.

Şeyx Qavuq Ali-Səud rejiminin Suriyada böhranın davam etməsinin səbəbkarı adlandırıb və əlavə edib: Ərəbistan Suriyada terrorçu və təkfirçi qruplaşmaları dəstəkləməklə bu ölkədə terrorçulara silahları birbaşa şəkildə göndərir.