İstanbul prokuroru 1128 universitet müəlliminin məsuliyyətə cəlb olunmasını istəyib
-
İstanbul prokuroru 1128 universitet müəlliminin məsuliyyətə cəlb olunmasını istəyib
İstanbul prokuroru 1128 universitet müəlliminin onların Türkiyənin kürd sakinli məntəqələrindəki döyüşlər gedişində mülkilərin ölümünün artmasına etiraz etmələrinə görə, məsuliyyətə cəlb olunmasını istəyib.
IRNA-nın məlumatına görə, Türkiyə ordusunun kürd sakinli vilayətlərdə PKK üzvlərinə qarşı əməliyyatının şiddətləməsinin ardınca son zamanlar 89 daxili və xarici universitetin müəllim və ziyalılarından bir qrupu, o sıradan Nuam Çamski, Devid Haroy və Emmanuel Valersetyen uzun bir məktub imzalayaraq, Türkiyə ordusunun PKK-ya qarşı hücumlarının dayandırılması və müzakirələrin bərpasını istəyib.
Məktubu imzalayanlar Türkiyə dövlətini PKK-ya təpki göstərməkdə ittiham edərək, təqdibən yeddi ay bundan öncə dayandırılmış bu qrupla sülh müzakirələrinə qayıdılmasını istəyiblər.
İstanbul prokuroru bu məktubu imzalayanları Türkiyə dövlətini təhqir etməkdə ittiham edibdir.
Bəzi Türkiyə mediaları da bəzi universitetlərin bu müəllimləri işdən çıxarmaq qərarlarından xəbər veriblər.
Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan universitet müəllimlərinin bu hərəkətlərinə reaksiyada onları cahil adlandırıb və iddia edib ki, Türkiyənin cənub-şərqində insan haqları dövlət tərəfindən deyil, PKK tərəfindən pozulur.
Ötən yeddi ay ərzində PKK ünsürləri ilə Türkiyə hərbçiləri arasındakı döyüşlərdə və PKK-nın İraqın şimalındakı mövqelərinin Türkiyə qırıcıları tərəfindən bombalanmasında üç mindən çox PKK ünsürü və təqribən 300 Türkiyə hərbçisi öldürülübdür.