Türkiyə sahillərində ən azı 12 didərgin qərq olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205101-türkiyə_sahillərində_ən_azı_12_didərgin_qərq_olub
İtkin düşmüş ən azı 12 didərginin tapılması üçün axtarış əməliyyatına başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2016 07:10 Asia/Baku
  • Türkiyə sahillərində ən azı 12 didərgin qərq olub
    Türkiyə sahillərində ən azı 12 didərgin qərq olub

İtkin düşmüş ən azı 12 didərginin tapılması üçün axtarış əməliyyatına başlanıb.

Səhər Beynəlxalq Televiziyasının Türkiyə medialarına istinadla verdiyi məlumata görə, cümə axşamı günü Yunanıstan adalarına hərəkət etməkdə olan qayığın qərq olması nəticəsində Türkyənin qərb sahillərinin kənarında ən azı 12 didərgin, o cümlədən bir neçə uşaq həlak olub.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyənin dəniz sərhədçiləri bu gəmidə olan 28 nəfəri xilas edə biliblər. Bu qayıq İzmir vilayətinin sahillərindən hərəkətinə başlayıbmış. Xilas və yaxud həlak olanların kimliyi açıqlanmayıb.

Türkiyə müharibə nəticəsində qaçmağa məcbur olan 2 milyon 200 min suriyalı və 300 min iraqlı didərginə ev sahibliyi edir.

Türkiyə Avropada yerləşmək istəyən miqrantların ən önəmli hərəkət mərkəzlərindən birinə çevrilmişdir.