Hizbullahın təkidi
-
Hizbullahın təkidi
Livan Hizbullahının Mərkəzi Şurasının üzvü bildirib ki, sionist rejim Livana hücum edəcəyi halda, 2006-cı ildəki məğlubiyyətdən də pis bir taleyə düçar olacaqdır.
Livanın Əlnəşrə xəbər portalının məlumatına görə, Şeyx Həsən Bəğdadi sionist rejimin Livana ehtimal olunan hər cür hücumuna dağıdıcı cavaba təkid edərək, bildirib ki, sionist düşmənin Livana qarşı hədələri Livanın ordusu, xalqı və müqaviməti tərəfindən yeridilən balans siyasəti sayəsində uğursuzluğa məhkumdur.
Bundan öncə də kəşfiyyat məsələləri üzrə ekspert Runen Bergman sionist rejimin ikinci telekanalı ilə müsahibədə bu rejimin Hizbullahın qabiliyyətlərindən hiddətlənməsinə toxunaraq, demişdi ki, Livan Hizbullahı 2006-cı ildəki 33 günlük müharibədə qalib gələrək, İsrail rejiminin acizliyini həmişəlik olaraq sübuta yetirdi.
İşğal olunmuş ərazilərin şimalınadək gedib çıxmış 2006-cı ildə Livan ilə sionist rejim arasındakı 33 günlük müharibə BMT Təhlükəsizlik Şuraasının 1701 saylı qətnaməsilə həmin il avqustun on dördündə başa çatdı.