Fələstinli əsir müxbirlə həmrəylik əlaməti olaraq Həmas əsirləri aclıq aksiyası keçirirlər
Həmas-ın əsirlərindən bir qrupu fələstinli əsir müxbirlə həmrəylik elan etmək üçün qeyri-məhdud aclıq aksiyası keçirir.
Fələstinli Əsirlərin İnformasiya Ofisi bildirib ki, sionist rejim məhbəslərindəki bəzi Həmas əsirləri fələstinli əsir müxbir Muhəmməd Əlqiq ilə həmrəylik elan etmək məqsədilə bazar günündən öz aclıq aksiyalarına başlayırlar.
Bununla bağlı, Fələstin Əsirlər və Azadələrin İşləri üzrə Heyətin vəkili Həbbə Müsalihə Əl-Qiqin aclıq aksiyasından təqribən üç ayın keçməsinə toxunaraq, deyib ki, o, çətin duruma malikdir; onda insult nişanələri görünür və hər an şəhadətə çatması ehtimalı var.
Fələstinli əsir müxbir Muhəmməd Əlqiq ittihamı bildirilmədən və mühakimə olunmadan idarə həbsinə etiraz olaraq, təqribən üç aydır ki, sionist rejimin məhbəsində aclıq keçirir.