Fev 21, 2016 10:22 Asia/Baku
  • Amerikanın Liviyaya hava hücumu pislənildi
    Amerikanın Liviyaya hava hücumu pislənildi

Beynəlxalq ictimaiyyət tərəfindən rəsmən tanınan Liviya hökuməti Amerikanın Liviyanın qərbində Səbratə məntəqəsinə olan hava hücumunu pisləyib və bu hücumu ölkənin hakimiyyətinə qarşı adlandırıb.

Fransa İnformasiya Agentliyinin verdiyi məlumata görə, Liviyanın şərqində fəaliyyət göstərən bu hökumət Amerka təyyarələrinin Səbratədə İŞİD-in təlim düşərgəsinə hücumunu pisləyib və deyib: Bu hücum bu hökumət rəsmiləri ilə koordinasiya edilməyib və Liviya hökumətinin hakimiyyətinin açıq-aşkar pozulması mənasındadır.

Amerika təyyarələri cümə günü Liviyanın Səbratə bölgəsində İŞİD-in təlim düşərgəsinə hücum edərək, ən azı 40 nəfər, o cümlədən ötən il Tunisdəki terror aktında əli olan İŞİD terrorçularından birini öldürüblər.

Liviyada Müəmmər Qəzzafinin devrilməsindən sonra iki hökumət iqtidara gəlib. Biri Tripolidə separatçı hökumət, digəri isə Liviyanın şərqində Təbrəqdəki hökumətdir və beynəlxalq ictimaiyyət tərəfindən rəsmən tanınıb.

Bu hücum, ötən üç ayda Amerikanın Liviyada İŞİD terror qruplaşmasına ikinci hava hücumu sayılır.

Teqlər