Türkiyənin Diyarbəkir vilayətində qarşıdurmalar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209881-türkiyənin_diyarbəkir_vilayətində_qarşıdurmalar_davam_edir
PKK üzvləri Türkiyənin cənub-şərqində bir daha türk hərbçilərə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 06:40 Asia/Baku
  • Türkiyənin Diyarbəkir vilayətində qarşıdurmalar davam edir
    Türkiyənin Diyarbəkir vilayətində qarşıdurmalar davam edir

PKK üzvləri Türkiyənin cənub-şərqində bir daha türk hərbçilərə hücum ediblər.

Anadolu İnformasiya Agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu qüvvələri Diyarbəkir vilayətində terrror qarşı əməliyyat zamanı PKK üzvlərinin hücumu ilə üzləşiblər. Nəticədə bir hərbçi həlak olub.

Türkiyə ordusunun Müştərək Qərargahı bununla əlaqədar bildirib: Diyarbəkirdə qarşıdurma zamanı bir hərbçi yaralanıb və yaralarının ağırlığı nəticəsində həlak olub.

Təkcə ötən bir həftə ərzində PKK-nın partlayışları və Türkiyə qüvvələri ilə toqquşması nəticəsində ölkənin şərq və cənub-şərq bölgələrində 40-dan çox hərbçi həlak olub.

Türkiyə rəsmiləri PKK-nın tələfatının 2300-dən çox olduğunu bildirirlər.