Mart 11, 2016 19:57 Asia/Baku
  • Əl-Cəfəri: Hər kəs müqaviməti terrorçu adlandırarsa, onun özü terrorçudur
    Əl-Cəfəri: Hər kəs müqaviməti terrorçu adlandırarsa, onun özü terrorçudur

İraqın xarici işlər naziri: Hər kəs xalq səfərbər qüvvələrini, müqavimət qruplarını və Hizbullahı terrorçu adlandırarsa, onun özü terrorçudur.

IRIB-nin beynəlxalq xidmətinin Əlminar telekanalına istinadlı məlumatına görə, İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri deyib: Hər kəs xalq səfərbər qüvvələrini, müqavimət qruplarını və Hizbullahı terrorçu adlandırarsa, onun özü terrorçudur.

O, əlavə edib: Xalq səfərbər qüvvələri və Hizbullah ərəb xalqlarının şərəf və ləyaqətini qoruyublar.

İraqlı medialar xəbər veriblər: Ərəb Liqasındakı səudiyyə heyəti İraqın xarici işlər nazirinin bu birliyin iclasındakı çıxışı zamanı iclas zalını tərk edib.

Teqlər