Suriya kürdləri müstəqilliklərini elan etdilər
-
Suriya kürdləri müstəqilliklərini elan etdilər
PKK terror təşkilatının Suriyadakı qolu PYD bu ölkənin cənubunda nəzarət etdiyi ərazilərdə federasiya elan edib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, suriyalı kürd dəstə başçıları Suriyanın şimalında, Rəmilan məntəqəsində konfrans təşkil edərək, "Rojava Demokratik Birliyi" adlı hökumətin nizamnaməsini hazırlasınlar. Dünəndən başlanan bu konfransın iştirakçıları bu gün bu nizamnaməni təsdiq edərək, Suriyanın şimalında federal hökumətinin təşkil edildiyini elan etdilər.
"Rojava" Suriyanın qərbində kürd vilayəti mənasındadır və Suriya kürdləri davamlı olaraq Suriyanın şimalında bu adda müxtar bir məntəqənin elan edilməsi arzusunda olublar. Rojava məntəqəsi Hələb, Rəqqə və Həsəkə vilayətlərini əhatə edir.
Suriya dövləti bu ölkənin şimalında Kürd dövlətinin təsis edilməsinə reaksiya olaraq bunu heç bir dəyəri olmayan addım adlandırıb.
"Rojava" adlandırılan bu qondarma rejim üç əsas hissədən ibarətdir: Əfrin, Kobani və Əlcəzirə. Bu məntəqənin əhalisi əsasən kürdlər, ərəblər, assuriyalılar, ermənilər və türkmənlərdən ibarətdir.