Mart 28, 2016 16:31 Asia/Baku
  • Təl-Əvivdə təhlükəsizlik tədbirləri üst səviyyədə
    Təl-Əvivdə təhlükəsizlik tədbirləri üst səviyyədə

İsrail rejiminin fələstinlilərin müqavimət əməliyyatlarının davam etməsi ilə bağlı nigaranlığının ardınca, Təl-Əvivdə fövqəladə vəziyyət elan edilib .

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, Qüdsü işğal etmiş rejimin fələstinlilərin sionistlərə qarşı əməliyyatlarının genişlənməsindən nigaranlıq etməsinin ardınca, sionist rejim ordusu Təl-Əvivdə fövqəladə vəziyyət elan edərək, şübhəli hesab etdiyi bir avtomobilin axtarışına başlayıb.

İsrail ordusunun kəşfiyyat xidmətinin başçısı Herzel Halovi fələstinlilərin sionistlərə qarşı qəzəbini azaltmaq üçün İsrail və fələstinlilər arasında saziş danışıqlarının bərpa edilməsinə təkid edib.

H.Halovi İsrailin təhlükəsizlik qüvvələrinin səylərinə rəğmən gərgin vəziyyətin hələ uzun zaman davam edəcəyini də qeyd edib.

Teqlər