Apr 15, 2016 17:01 Asia/Baku
  • Ərəbistan Ankara və Qahirəni barışdıra bilmədi
    Ərəbistan Ankara və Qahirəni barışdıra bilmədi

Türkiyə və Misir aralarındakı ixtilafları qabarıq formada nümayiş etdirməklə Ərəbistanın barışıq səylərinin uğursuz alındığını təsdiqləmiş oldular.

Türkiyə və Misirin aralarındakı ixtilafları İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitində belə gizlətməyə çalışmamaları Ərəbistanın Ankara və Qahirə arasındakı vasitəçiliyinin nəticəsiz qaldığını deməyə əsas verir.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, İƏT-in İstanbul sammitində əsən soyuq küləklər Ərəbistanın Misir və Türkiyə arasındakı gərginliyi azaltmaq üzrə cəhdlərinin uğursuzluğundan xəbər verir. Belə nəzərə gəlir səudiyyəlilər Ankara və Qahirə münasibətlərindəki buzları əridə bilməyiblər. Belə ki, iki ölkə arasındakı ixtilaflar İstanbul iclasında tam qabarıq formada üzə çıxmış oldu.

Əl-Məyadin daha sonra Misir prezidenti Əlfəttah Əssisinin İstanbul iclasında iştirak etməməsinə işarə edərək, bildirir: Misirli diplomatların dediklərinə görə, bu ölkənin rəsmi nümayəndə heyəti səfər xərclərinin sammitə ev sahibliyi edən Türkiyə tərəfindən ödənilməsini qəbul etməyib. Misirli heyət həmçinin, İstanbula daxil olduqdan sonra birbaşa olaraq iclasın keçirildiyi məkana müraciət edib və iclas zalının giriş qapısında qonaqları şəxsən qarşılayan Rəcəb Təyyib Ərdoğan ilə görüşməkdən çəkinib. Misirli heyətin İstanbula səfəri ümumilikdə 4 saat sürüb. Bu müddətin 2 saatı hava limanından iclasın keçirildiyi məkana qədər olan yola sərf olunub.

Əl-Məyadin kanalı həmçinin bildirib: Türkiyə Misirdə baş verənlərin bir hərbi çeviriliş olduğuna inanır. Belə ki, Misir hərbçiləri bu ölkənin qanuni prezidenti Məhəmməd Mursi əleyhinə çevriliş həyata keçirərək, onu hakimiyyətdən kənarlaşdırıblar. İki ölkə əlaqələrindəki gərginlik Misirin Türkiyə ilə diplomatik əlaqələrin səviyyəsini endirmək qərarına gəlməsinin ardınca daha da artıb.

Əl-Məyadın sonda bildirir: Ərəbistan kralı Salman bin Əbdüləziz Misirə, daha sonra Türkiyəyə olan səfəri zamanı Ər-Riyadın bu iki müttəfiqi arasındakı ixtilafları azaltmağa çalışdı. Əlbəttə, Türkiyə rəsmiləri Ərəbistanın Ankara və Qahirə arasındakı vasitəçiliyini təkzib edirlər.

İstanbul iclası isə sübut etdi ki, Qahirə və Ankara arasındakı ixtilaflar kifayət qədər çoxdur və Ərəbistanın bu ixtilafların azaldılması üzrə səyləri də heç bir işə yaramayıb.

Teqlər