Mühacirlərin Türkiyəyə qovulmaları pislənilib
Human Rıghts Watch təşkilatı mühacirlərin Avropa Birliyindən Türkiyəyə qovulmalarını pisləyib.
Nyu-Yorb internet portalının məlumatına görə, Avropa Birliyi və Yunanıstan iki həftə fasilədən sonra çərşənbə axşamı günü "qeyri-adi mühacirlər" adlandırılan şəxslərin Yunanıstandan Türkiyəyə qaytarılmaları prosesini bərpa ediblər. Bu hərəkət Human Rıghts Watch təşkilatı tərəfindən "mühacirlərin qovulması" kimi pislənibdir.
Aprelin dördündən mühacirlərin geri qaytarılmaları prosesi Avropa Birliyi və Türkiyə razılaşması çərçivəsində başlanıb və Yunan Avropa Birliyinin "Franteks" adlı sərhəd nəzarət agentiliyi üç yunan adasından 375 nəfəri Türkiyəyə geri qaytarıbdır.
Human Rıghts Watch təşkilatı Avropa Birliyi və Yunanıstanın ixrac olunmuş şəxslərin mühacirlik xahişləri barədəki iddiasını şübhə altına alaraq, bildirib: Avropa Birliyi və Yunanıstan vurğulayırlar ki, bütün ixrac olunmuş şəxslər Yunanıstanda mühacirlik xahişindən çəkiniblər.
BMT-nin Mühacirlərin Məsələləri üzrə Ali Komissarlığının hesabatına görə, aprelin əvvəllərində ixrac olunmuş ilk qrup arasında on üç nəfər Yunanıstanda onların himayə edilmələrini istəmişdi.