Hakkaridə ordunun bazalarından birinə hücum
-
Hakkaridə ordunun bazalarından birinə hücum
PKK üzvləri Türkiyənin Hakkari vilayətində ordunun bazalarından birinə hücum ediblər.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər: PKK üzvlərinin Yüksəkovada ordu bazalarından birinə hücumunda bir hərbçi həlak olub.
Türkiyə təhlükəsizlik rəsmiləri PKK-çıların Yüksəkovaya hücumunda daha bir hərbçinin yaralanmasına toxunaraq bildiriblər: Hadisəni törədənlərin müəyyənləşməsi və həbs olunması üçün irimiqyaslı əməliyyat başlanıb.
Bundan öncə şənbə günü Türkiyə ordusunun hərbi hava qüvvələri Hakkari vilayətinin bəzi bölgələrində PKK-nın mövqeləri və gizli məkanlarını hədəfə alıblar.
Bu əməliyyatda PKK-nın 3 üzvü öldürülüb.
Türkiyənin şərq və cənub-şərq kürdsakinli bölgələri 2015-ci il iyul ayında Suruç şəhərindəki partlayış ardıcna bu ölkə hərbçiləri ilə PKK-çılar arasında qanlı qarşıdurmaların şahididir.
Türkiyədə Terrorizmlə Mübarizə hesabatına əsasən, ötən il iyul ayının sonlarından bu günə qədər PKK ünsürlərinin Türkiyə hərbçiləri, polisi və vətəndaşlarına hücumları və terror aktlarında 532 hərbçi, 228 sivil həlak olmuş, 513 uşaq yetim qalmışdır.
Bu hesabata əsasən, iyul ayının sonlarından PKK ünsürləri ilə qarşıdurmada orta hesabla gündə iki Türkiyə hərbçisi həlak olur.