Hizbullah İŞİD-dən ağır intiqam aldı
-
İŞİD-in əməliyyat komandiri
Livan Hizbullahı idarə olunan raketlə özünəməxsus və dəqiq əməliyyatda əl-Qa məntəqəsində Əbülxəttab ləqəbli İŞİD-in hərbi əməliyyat məsulu öldürüb.
Əl-Minar telekanalının jurnalistli bildirib: İdarə olunan raket Hizbullahın qüvvələri tərəfindən atılıb və Əbülxəttab ləqəbli İŞİD-in əməliyyat komandiri öldürülüb. Bu da əl-Qa müqavimət qüvvələri və şəhid ailələrinə yüksək əhval-ruhiyyə verib. Çünki Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah vəd vermişdi ki, müqavimət kimisənin əl-Qa əhalisinə xəsarət yetirməsinə icazə verməyəcək.
Nəsrullah bildirmişdi ki, biz əl-Qa əhalisi və bu bölgənin hər bir şəhərciyi, məhəlləsi və mənzilini mühafizə edəcəyik.
Televiziya jurnalisti əlavə edib: Əbülxəttab ləqəbli İŞİD-in əməliyyat komandiri əl-Qa məntəqəsində Hizbullahın idarə olunan raketi ilə həədəfə alınıb. İŞİD komandiri ətrafdakıları ilə birlikdə öldürülüb.