İyul 17, 2016 11:49 Asia/Baku
  • Uğursuz dövlət çevrilişindən bir gün sonra
    Uğursuz dövlət çevrilişindən bir gün sonra

Türkiyə Silahlı Qüvvələrinin sabiq hava qoşunları komandanı hərbi çevrilişdə rolunun olması barədə deyilənlərə rədd etdi.

General Akın Öztürk dövlət çevrilişində rolu olmasını rədd etdi.

Hazırda Ankarada həbsdə olan Türkiyə Hava Qoşunlarının sabiq komandanı general Akın Öztürk yaxınları tərəfindən mediaya təqdim edilən açıqlamasında bildirib: "İğtişaşlar başlandığı an dərhal özümü onun mərkəzinə çatdırdım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hülusi Akarın kənarında yer alaraq, onu yalnız qoymadım. Türkiyə xalqı və ya demokratiya əleyhinə çevrilişin heç bir mərhələsində müdaxiləm olmayıb və bu məsələnin Türkiyə üçün ən az zərər ilə sonlandırılması üçün heç bir səyi əsirgəmədim. Türkiyə Hava Qoşunlarının hazırkı komandanı general Abdin Unalın istəyi əsasında şəxsən çevrilişçilərlə danışıqlara girdim və onları bu yanlış addımdan geri çəkilməyə razı salmağa çalışdım."

Amerika və Avropa Türkiyəyə çevrilişçilərlə qanun əsasında rəftar etməsini tövsiyə etdilər.

ABŞ və Avropa Birliyi ölkələri başçıları Türkiyədə dövlət əleyhinə uğursuz çevrilişin ardınca bu ölkə rəsmilərindən çevrilişçilər ilə qanun əsasında rəftarın edilməsini istəyiblər.

ABŞ prezidenti Barak Obama Türkiyə rəsmilərini gərginliyin və səbatsızlığın artmasına səbəb olacaq addımlardan çəkinməyi tövsiyə edib.

Hakkaridə 2 general və 1 polkovnik həbs edildi.

Türkiyə ordusunun 2 generalı və 1 polkovniki dövlət əleyhinə uğursuz hərbi çevriliş ilə bağlı Hakkari Prokurorluğu tərəfindən başladılan istintaq üzrə həbs edilib.

Türkiyədə çıxan Milliyyət qəzetinin internet səhifəsində yer alan məlumata görə, Türkiyə ordusunun 34-cü Sərhəd Briqada komandiri general Ali Salnur və 2-ci Sərhəd Briqada komandiri general Cihat Erdoğan dünən axşam Çukurcada(Hakkari əyalətinin tabeliyində şəhər) həbs edildilər.

Yunanıstan Türkiyənin hərbi helikopterini bir qrup hərbçi ilə birlikdə bu ölkəyə təhvil verdi.

Yunanıstan Türkiyə ordusunun hərbi helikopteri ilə Yunanıstana qaçan bir qrup çevrilişçi hərbçini Türkiyəyə təhvil verib.

Milliyyət qəzetinin yazdığına görə, Türkiyə hərbçiləri bu gün səhər bu helikopter ilə Türkiyəyə doğru yola düşüblər.

İncirlik Hərbi Hava Bazasının bir neçə zabiti həbs edildi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü İncirlik Hərbi Hava Bazasının 15 iyul dövlət çevrilişində rolu olan bir neçə zabitinin həbs edilməsindən xəbər verib.

Anadolu Agentliyi isə Balıkesir Hərbi Hava Bazasının komandanı İshaq Dayıoğlunun saxlanıldığını bildirib.

Ankara səmasında helikopterdən atəş açıldı.

Əl-Cəzirə informasiya kanalı Ankara səmasənda bir hərbi helikopterin atəş açmasından xəbər verib.

Gülən: Türkiyədə dövlət çevrilişi hakimiyyətin oyunu olub.

Fətullah Gülən Türkiyədəki uğursuz dövlət çevrilişində tərəfdarlarının ittiham edilməsinə reaksiya olaraq, bu dövlət çevrilişinin saxta və oyun olduğunu iddia edib və xalqı hərbçilərin ölkənin taleyinə müdaxilə etməsinə müsbət yanaşmamağa dəvət edib.

Ərdoğan müxalif partiya liderlərinə təşəkkür etdi.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən Cümhuriyyət Xaq Partiyasının(CHP) başqanı Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının(MHP) başqanı Dövlət Bağçalı ilə telefon əlaqəsi saxlayaraq, dövlət çevrilişinə cəhd ilə müxalifət etmələrini alqışlayıb.

Abdullah Gül: Xalqın meydana axışması dövlət çevrilişinə cəhdi uğursuz qoydu.

Türkiyənin sabiq prezidenti xalqın vaxtında meydana axışmasını və çevrilişə qarşı çıxmasını dövlət çevrilişinin uğursuzluğa uğramasında önəmli faktor adlandırıb.

Abdllah Gül həmçinin deyib: 2 gecə öncə dövlət çevrilişini planlayanlar ordunun yüksək dərəcəli komandanlarından olmayıblar və Türkiyə ordusunun komandanlıq piramidasında yerləri olmayıb. Onlar, kiçik bir qrup olublar və ordunun təchizatlarından, xalqın malından şəxsi istifadəyə cürət ediblər.

Con Kerri: ABŞ Türkiyədəki uğursuz dövlət çevrilişində rola malik olmayıb.

ABŞ dövlət katibi Con Kerri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında Vaşinqtonun Türkiyədəki uğursuz dövlət çevrilişində rolu olması barədə deyilənlərin NATO-ya üzv bu iki ölkə münasibətlərinə xələl gətirəcəyini deyib.

Amerika öz vətəndaşlarından Türkiyəyə səfərdən çəkinmələrini istədi.

ABŞ Dövlət Departamenti bir bəyanat yayaraq bildirib ki, Türkiyədə dövlət çevrilişinə cəhdin göstərilməsi və sonrakı mərhələdə ehtimal edilən təhlükələri nəzərə alaraq, amerikalılardan istəyib ki, Türkiyəyə səfər planlarını yenidən nəzərdən keçirsinlər.

İslam Əməkdaşlıq Təşkilatı Türkiyə konstitusiyasını dəstəklədi.

İslam Əməkdaşlıq Təşkilatı bir bəyanat yayaraq, hazırda bu təşkilata üzv ölkə başçılarının sammitinə sədrlik edən Türkiyədə cərəyan edən son təhlükəli hadisələri habelə, bir qrup hərbçinin demokratik quruluşa və dövlət əleyhinə çevriliş cəhdini diqqətlə izlədiyini bildirib.

Olland repressiyaların yenidən Türkiyəyə ayaq açmasından nigaranlıq etdi.

Fransa prezidenti Fransua Olland şənbə günü deyib: Türkiyədə dövlət əleyhinə uğursuz çevrilişin ardınca bu ölkənin repressiyalar dövrünə qayıtması ehtimalı nigaranlıq doğurur.

Əlsisi: Türkiyədəki dövlət çevrilişi Ərdoğanın uğursuz siyasətlərinin nəticəsidir.

Misir prezidenti Əbdülfəttah Əlsisi Facebook səhifəsində paylaşdığı statusda yazır: Türkiyə ordusunun Ərdoğan hökumətinə qarşı çevrilişi onun uğursuz siyasətlərinin nəticəsidir və Türkiyə prezidenti ölkədə vətəndaş müharibəsinə görə məsuliyyət daşıyır.

Teqlər