Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib
İyul 21, 2016 10:34 Asia/Baku
Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanaçıqlayıb.
Türkiyə prezidenti bildirib ki, fövqəladə vəziyyət elan etməkdə məqsəd hüquq və azadlıqları məhdudlaşdırmaq deyil, əksinə, hüquq və azadlıqları qorumaqdır.
Rəcəb Tayyib Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətləri artacaq, təhlükəsizlik qüvvələri valilərin təlimatı ilə hərəkət edəcək: “Türkiyə Silahlı Qüvvələri hökumətin əmrindədir və Baş Komandan olmaqla, əsgərlərimizlə birlikdə Türkiyə Silahlı Qüvvələri içərisindəki bütün virusları təmizləyəcəyik”.