Türkiyə İncirlik Hərbi Hava bazasına yollar bağlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i227596-türkiyə_İncirlik_hərbi_hava_bazasına_yollar_bağlanıb
Türkiyə polisi İncirlik Hərbi Hava bazasına yolları bağlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2016 06:04 Asia/Baku
  • Türkiyə İncirlik Hərbi Hava bazasına yollar bağlanıb
    Türkiyə İncirlik Hərbi Hava bazasına yollar bağlanıb

Türkiyə polisi İncirlik Hərbi Hava bazasına yolları bağlayıb.

NATO qüvvələri tərəfindən istifadə olunan İncirlik Hərbi Hava bazasını Türkiyə polisinin təxminən 7 min əməkdaşı zirehli avtomobillərlə mühasirəyə alıb və onun girişini bağlayıblar. 

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, təsdiqlənməmiş bəzi məlumatlar bu qüvvələrin yeni çevrilişlə mübarizə üçün bu bölgəyə ezam olunduğunu əks etdirir. 

Türkiyə vətəndaşları cümə axşamı günü Amerikanın Türkiyədəki hərbi iştirakına etiraz olaraq İncirlik Hərbi Hava bazasının yaxınlığında etiraz aksiyası keçirib. 

Türkiyə baş naziri Binəli Yıldırım cümə günü Türkiyə hökuməti əleyhinə plan hazırlamaq üçün bir çox çevrilişçinin İncirlik bazasında yerləşməsinə toxunaraq deyib: Bu bazanın fəaliyyətinin dayandırılması üzrə araşdırma Nazirlər Kabinetinin gündəminə salınıb. 

Qeyd edək ki, azı 1500 amerikalı hərbçi və onun, Ərəbistan və Qətərin hərbi təchizatı İncirlik Hərbi Hava bazasında yerləşdirilib.