Terrorçuların Hələbə qarşı kimyəvi hücumunda beş nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i228019-terrorçuların_hələbə_qarşı_kimyəvi_hücumunda_beş_nəfər_həlak_olub
Terror qruplarının Suriyanın Hələb şəhərinə qarşı kimyəvi hücumu beş nəfərin həyatına son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2016 12:43 Asia/Baku
  • Terrorçuların Hələbə qarşı kimyəvi hücumunda beş nəfər həlak olub
    Terrorçuların Hələbə qarşı kimyəvi hücumunda beş nəfər həlak olub

Terror qruplarının Suriyanın Hələb şəhərinə qarşı kimyəvi hücumu beş nəfərin həyatına son qoyub.

Hələb şəhərinin səhiyyə mərkəzinin direktoru Muhəmməd Həzuri deyib: Terrorçular tərəfindən Hələb şəhərinin qədim hissəsinə zəhərli qaza malik bir neçə mərminin atılmasının ardınca beş nəfər ölüb, 9 nəfər də zəhərli qazla tənəffüs nəticəsində ziyan görübdür.

Hələb şəhəri və onun yaşayış massivləri təqribən hər gün Qərbin dəstəklədiyi terrorçuların raket hücumlarının şahidi olurlar və bu hücumlarda müdafiəsiz suriyalı vətəndaşlar həlak olur və ya yaralanırlar.