Şeyx Nəim Qasem: Əsədsiz heç bir həll yolunun sonu yoxdur
Rusiyanın Suriya böhranına müdaxiləsi ABŞ-ın planları qarşısında Suriya dövlətinin hakimiyyətdə qalması planının gücləndirilməsində müsbət amil idi.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Livan Hizbullahı baş katibinin müavini deyib: Bəşşar Əsəd olmadan Suriya böhranı ilə bağlı heç bir həll yolunun sonu yoxdur.
Şeyx Nəim Qasem əlavə edib: Rusiyanın Suriya böhranına müdaxiləsi ABŞ-ın planları qarşısında Suriya dövlətinin hakimiyyətdə qalması planının gücləndirilməsində müsbət amil idi. Suriya prezidenti Bəşşar Əsəd Suriyanın parçalanması yolunda duran ən böyük manedir. Əsəd olmazsa, Suriyada heç bir həll yolunun nəticəsi olmayacaq. Müxtəlif qruplar nə qədər səy göstərsələr də, sadəcə böhranın zamanını uzatmış olacaqlar və həll yolunu mürəkkəbləşdirəcəklər. Amma, Əsəd olmadan həll yoluna nail ola bilməzlər.