Avq 08, 2016 10:38 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti xalqın ölkənin müstəqilliyini qorumaq üçün apardığı mübarizə və əldə etdiyi qələbə ilə fəxr etməli olduğunu deyib.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İstanbulda keçirilən "Demokratiya və Şəhidlər" mitinqində çıxışı zamanı deyib: Edam hökmü bir çox ölkədə o cümlədən Amerikada qanunidir. Və cinayətkarların layiqli şəkildə cəzalandırılması barədə qərarı Parlament çıxartmalıdır. 

Ərdoğan əlavə edib: Çevrilii planlaşdıranlar hər şeyi nəzərə almışdılar. Amma, Türkiyə xalqını unutmuşdular. Bizim Türkiyədə çevrilişçi dəstəyə qarşı addımlarımız doğru və dəqiqdir. FETÖ başqalarının əlində bir vasitədir. Bu terror təşkilatı dövlət orqanlarına nüfuz edib. Ölkəni FETÖ-nün şərrindən xilas etmək lazımdır. Dövlət orqanlarından olan və Gülən tərəfdarlarının sızmasına imkan verən amillər üzə çıxarılmalıdır. 

Ərdoğan həmçinin deyib: Münasib an gəldiyi zaman çevrilişə cəhd edənlər cəzalandırılacaqlar. 

Teqlər