Ərdoğan Avropa ölkələrində edam hökmünün bərpa edilməsini istədi
Türkiyə prezidenti Avropa ölkələrində yenidən edam hökmünün qüvvəyə minməsini istəyib.
İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan deyib: Ötən aylar ərzində İŞİD terror qruplaşmasının hücumuna məruz qalmış Avropa ölkələri yenidən edam hökmünü bərpa etməlidirlər.
Ərdoğan əlavə edib: İŞİD terror qruplaşması Fransa və Belçikada bir neçə terror hücumunun məsuliyyətini üzərinə götürüb. Bu terror hücumları Avropada ciddi şok effekti yaradıb.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın son uğursuz dövlət çevrilişinin ardınca ölkədə edam hökmünün yenidən bərpa edilməsini gündəmə gətirməsinin ardınca, Türkiyənin Avropa Birliyinə qoşulması məsələsi yolunda problemlər yaranıb.
Türkiyə dövləti 15 iyul 2016-cı ildə bir qrup hərbçinin dövlət əleyhinə çevriliş cəhdi ilə üzləşdi. Lakin, xalqın küçələrə axışması və təhlükəsizlik qüvvələrinin müqavimət göstərməsi ilə dövlət çevrilişinə cəhd uğursuz alındı.