Türkiyə daxili işlər naziri: PKK Kılıçdaroğlu karvanına qarşı hücumun amildir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i231223-türkiyə_daxili_işlər_naziri_pkk_kılıçdaroğlu_karvanına_qarşı_hücumun_amildir
Türkiyənin daxili işlər naziri Əfkan Ala PKK-nı bu ölkədə müxalifət partiyasının liderinə qarşı hücumun amili adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2016 14:09 Asia/Baku
  • Əfkan Ala
    Əfkan Ala

Türkiyənin daxili işlər naziri Əfkan Ala PKK-nı bu ölkədə müxalifət partiyasının liderinə qarşı hücumun amili adlandırıb.

IRNA-nın məlumatına görə, Türkiyənin daxili işlər naziri Əfkan Ala deyib: Prezident Rəcəb Tayyıb Ərdoğan da Kılıçdaroğlu ilə telefon bağlantısında onun kədəri ilə bölüşüb.

Əfkan Ala əlavə edib: PKK bir müddətdir ki, Qara dəniz sahllərində Türkiyənin şimal məntəqələrinə soxulmaq üçün terror fəaliyyətləri aparır, amma təhlükəsizlik qüvvələri onları təmizləməkdədirlər.

Onun sözlərinə görə, Kılıçdaroğlunun karvanı qarşısında hərəkətdə olan jandarmeriya maşınına qarşı hücumda üç nəfər yaralanıbdır ki, hərbçilərdən birinin durumu ağır elan olunub.

Türkiyə parlamentində ən böyük müxalif partiyanın rəhbəri olan Kamal Kılıçdaroğlunun karvanı bu gün bu ölkənin şimal-şərqində silahlı şəxslərin hücumuna məruz qalıb, amma o, bu hücumdan salamat qurtarıb.

Müxalifət partiyasının lideri Artvin rayonundan bu rayonun Ardunç məntəqəsinə gedirmiş ki, Yanıklı kəndi yaxınlığında onun 30 avtomobildən ibarət karvanı hücuma məruz qalıb.