Livan Hizbullahı Kərbəlada terror aktını pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232037-livan_hizbullahı_kərbəlada_terror_aktını_pisləyib
Livan Hizbullahı Kərbəlanın Eyn Təmər bölgəsində terror aktını pisləyən bəyanat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2016 06:00 Asia/Baku
  • 
Livan Hizbullahı Kərbəlada terror aktını pisləyib
    Livan Hizbullahı Kərbəlada terror aktını pisləyib

Livan Hizbullahı Kərbəlanın Eyn Təmər bölgəsində terror aktını pisləyən bəyanat verib.

Əl-Əhd internet portalının məlumatına görə, Livan Hizbullahının bəyanatında bildirilir: Bu cinayət insanlığa nifrət edən terrorçu və təkfirçi ideologiyaların törətdiyi cinayətlərin toplusu çərçivəsində qiymətləndirilir. Onlar həmişə sevincləri kədərə, təbəssümləri matəmə çevirməyə çalışırlar. Belə ideyaların haqq, mehribanlıq və dinclik dini, yəni İslam dini ilə heç bir əlaqəsi yoxdur. Ərəb və islam dnüyasının müxtəlif bölgələrində hər gün cinayətlər törədən terrorçular bəzi region ölkələrinin dəstəyi ilə birlikdə olan qara məktəblərdən çıxmışlar. Onlar cəmiyyətlərimizin asayişi və təhlükəsizliyini istəməyən supergüclərin siyasətlərini icra edirlər. Onlar regionda bu ölkələrin cinayətkar siyasi tələblərini icra etmək ardıncadırlar.