Hakkaridə Türkiyə ordusu və PKK arasında qarşıdurmalar artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233225-hakkaridə_türkiyə_ordusu_və_pkk_arasında_qarşıdurmalar_artıb
Türkiyə mediaları Hakkari vilayətində ordu ilə PKK üzvləri arasında qarşıdurmanın artdığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2016 12:23 Asia/Baku
  • Hakkaridə Türkiyə ordusu və PKK arasında qarşıdurmalar artıb
    Hakkaridə Türkiyə ordusu və PKK arasında qarşıdurmalar artıb

Türkiyə mediaları Hakkari vilayətində ordu ilə PKK üzvləri arasında qarşıdurmanın artdığını bildiriblər.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, bazar ertəsi günü Türkiyə hərbçiləri ilə PKK üzvləri arasında baş verən qarşıdurmada 2 türk əsgəri həlak olub.

Məlumata görə, ötən iki gündə Hakkari vilayətində baş verən qarşdıdurmalarda 12 əsgər həlak olub, 26 əsgər də yaralanıb.

Türkiyənin hərbi rəsmilərinin bildirdiyinə görə, bu qarşıdurmalarda azı 104 PKK üzvü öldürülüb və yaralanıb.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, 2015-ci il iyul ayından PKK ilə Türkiyə ordusu arasında baş verən qarşıdurmalarda 600-dən çox türk hərbçisi həlak olub, 7 mindən çox PKK-çı öldürülüb.