Təl-Əvivdə kran aşdı; 32 ölü və yaralı
İşğal olunmuş Fələstində, Təl-Əviv şəhərində kranın aşması nəticəsində azı 32 nəfər ölüb və yaralanıb.
Press TV-nin məlumatına görə, sionist rejim polisi işğal olunmuş Fələstində inşa olunmaqda olan bir neçə mərtəbəli binanın və kranın aşması nəticəsində 2 nəfərin öldüyünü və azı 20 nəfərin yaralandığını bildirib.
Azı 10 fəhlənin uçqunlar altında qalıb və onların taleyi bəlli deyil.
Bu hadisədən sonra, xilasedici qruplardan əlavə İsrail rejimi ordusnun axtarış qrupu da uçqunlar altında qalanların tapılması üçün məkana ezam olunub.
Daily Mail portalı da bildirib ki, bu hadisə nəticəsində indiyə qədər 30 nəfər itkin düşüb. Görünür onlar həyatlarını itiriblər.
Polis hadisə yerinə bitişən bütün yolları bağlayıb.
Bu hadisə barəsində əlavə məlumat verilməyib və İsrail rejimi başçıları hadisə barəsində açıqlama verməyiblər.