Şimon Peres kim idi?
Şimon Peres kimi tanınan Şemon Perski 1923-cü il 2 avqustda Polşanın Vişnova şəhərində dünayay gəlib. Ata və anası 1932-ci ildə Fələstinə mühacirət edib.
O 1947-ci ildə silah almaq üzrə məsul olaraq Haqana terrorçu və yaraqlı təşkilata qoşuldu. Bu təşkilatın işi fələstinli ərəblərə qarşı intiqam xarakterli hücumlar idi. Bu qruplaşma müsəlmanlar əleyhinə silahlı əməliyyatlar keçirir, həmçinin mühacirləri yerləşdirir və sionistlərin qanuni və qeyri-qanuni mühacirətində rol oynayırdı. Haqana həmçinin 1936-cı il ərəb inqilabı ərzində İngiltərə ilə əməkdaşlıq edirdi və 1931-ci ildə onun bəzi ünsürləri Bitad üzvləri ilə birlikdə Arqon Təşkilatını yaratdılar. Bu təşkilat sionist rejimin təsis olunması və fələstinlilərin qətli və didərgin salınmasında ən böyük rola malik idi.
Peres sonrakı illərdə bir çox hərbi vəzifələr, o cümlədən sionist ordunun Hərbi Dəniz Qoşunları komandanı, Müharibə Nazirliyində İsrail-Amerika hərbi əlaqələrin genişləndirilməsi heyətinin rəhbəri, bu nazirliyin baş katibi, Dimona nüvə stansiyasının tikilməsi üzrə layihənin məsul şəxsi və sionist rejimin müharibə naziri vəzifəsində işlədi. Bütün bu illərdə saxta İsrail tərəfindən fələstinlilərin kütləvi qırğınında əsas şəxslərdən biri idi. Peresin səyləri sionist rejimin atom və kütləvi qırğın silahları əldə etməsinə səbəb oldu.
O 1987-ci ildə fələstinlilərin 1-ci intifazəsinin sərt şəkildə repressiya edilməsi və fələstinlilərin şəhidliksevər əməliyyatları ilə qarşılaşmada ordunun dəmir yumruğundan istifadənin olunması üçün bu rejimin o vaxtkı baş naziri Ariel Şaronun hərbi siyasətlərini dəstəkləyən şəxslərdən idi.
Şimon Peres fələstinlilərin ərazisində qeyri-qanuni sionist qəsəbələrin genişləndirilməsi üçün çoxlu səylər göstərdi və İsrailin aparteid rejimini gücləndirdi.
O 1982-ci ildə İsrailin Livana qarşı hərbi təcavüzünün əsas hamilərindən sayılırdı. O müharibədə 20 mindən çox sivil həlak oldu.
Peres 1996-cı ildə sionist rejimin baş naziri olduğu zaman Livan müqavimət qüvvələri ilə qarşılaşmaq üçün qəzəb budaqları adlı əməliyyata başladı.
O müharibədə baş verən faciələrdən biri İsrailin Livanın cənubunda Qana didərginlər düşərgəsinə hücumu idi.
O hücumda İsrail ordusunun ağır artilleriyası 800 sivil fələstinlinin olduğu düşərgəni atəşə tutdu. 200-dən çox sivil həlak oldu və yaralandı.
İsrail bu hücumun qəsdən olduğunu rədd etdi. Lakin bir neçə ay sonra BMT-nin araşdırmasının nəticəsi bu hücumun səhvən baş verməsinin qeyri-mümkün olduğunu göstərdi. Həmin hadisədən yayımlanan video-kadr hücumdan öncə İsrailin pilotsuz aparatının bu düşərgədən kadrlar çəkməkdə olduğunu göstərirdi. Peres bu hücum barədə iddia etdi ki, bütün məsələlər məntiqlə və məsuliyyətli şəkildə yerinə yetirilib və vicdanı tam rahatdır. Ondan sonra Şimon Peresə Qana cəlladı adı verildi.
Peresin başçılığı dövründə sionist rejim ordusu 2008-də Qəzzə zolağı əleyhinə Həmas İslami Müqavimət Hərəkatını məhv etmək məqsədilə ərimiş qurğuşun əməliyyatına başladı. Bu müharibə yüzlərlə fələstinli uşaq, qadın və kişinin həlak olması ilə nəticələndi. Peres bu cinayətkarlığa görə heç vaxt üzr istəmədi.
Sionist rejimin sabiq başçısı İranın nüvə proqramı barəsində də açıqlama verdi və bu proqramı təhdid xarakterli adlandırmaqla yanaşı bildirdi ki, mən İrana hərbi hücumun edilməsinə qarşıyam, lakin İran iqtisadiyyatına ağrılı sanksiyaları tətbiq edəcək güclü koalisiya dərhal təşkil olunmalıdır.
Həmçinin Peresin sionist rejimə başçılığı dövründə 2010-cu ildə sionist komandoslar Qəzzə zolağına humanitar yardımları aparan Mavi Mərmərə gəmisinə hücum etdilər. 9 Türkiyə hüquq fəalını qətlə yetirdilər və 60 nəfəri də yaraladılar.