Ərəbistanın iqtisadi problemləri artır
Misirin əl-Əhram strateji və siyasi araşdırmalar mərkəzinin eksperti deyib: Dünya iqtisadiyyatında durğunluq Səudiyyə Ərəbistanının iqtisadiyyatı üçün çoxlu problemlər yaradıb.
Bəşir Əbdülfəttah Əl-Aləm telekanalına verdiyi müsahibədə deyib: 2014-cü ildən neftin qiymətinin kəskinşəkildə ucuzlaşması Ərəbistanın neft gəlirlərinin 50% azaldıb və neft gəlirlərinin bu ölkənin gəlirlərinin əsas hissəsini təşkil etdiyinə görə, bu azalma bu ölkənin iqtisadiyyatına ağır zərbələr vurub. Səudiyyə Ərəbistanında bu iqtisadi proseslərə görədir ki, vəliəhdin canişini Məhəmməd Bin Salman bu ölkənin 2030-cu il perspektiv layihəsini hazırlayıb ki, ölkənin gəlir mənbələri çeşidlənsin. Neftin qiymətinin kəskin ucuzlaşmasına görə, Ərəbistan iqtisadiyyatında böhranın şahidiyik. Həmçinin müxtəlif daxili və xarici xərclər bu ölkənin iqtisadiyyatı üçün çoxlu problemlər yaradıb.
O əlavə edib: Neftin qiymətinin ucuzlaşması Ərəbistan iqtisadiyyatına ağır zərbə vurub və bu ölkənin xaricdə hərbi əməliyyatı da Ərəbistan iqtisadiyyatının problemlərini artırıb.