Hollandiya AB-ni Türkiyəyə yardımlarını dayandırmağa çağırıb
Hollandiya parlamenti Avropa Bilriyinin Türkiyəyə maliyyə yardımlarının dayandırılmasını istəyib.
İRİB-nin verdiyi məlumata görə, Hollandiya parlamenti Türkiyənin 15 iyul uğursuz dövlət çevrilişindən sonra hüququn hakimiyyəti prinsiplərinə göz yumulduğunu iddia edərək AB-nin Türkiyəyə maliyyə yardımlarının dayandırılmasını istəyib.
Hollandiyanın Sosialistlər və Xristianların Birliyi partiyaları Türkiyənin AB-yə üzvlüyə namzəd kimi hər il AB-dən 600 milyon avro aldığını xatırladaraq bu yardıma son qoyulmasını istəyiblər.
Hollandiya parlamenti həmçinin türklərin Hollandiyadakı məscidlərinə maliyyə yardımların dayandırılması təklifini 75 lehinə və 67 əleyhinə səslə qəbul edib.
Lakin Türkiyənin AB-yə üzvlüyə namzədliyinə son qoyulmasına dair təklif isə rədd olunub.