Türkiyə Mosulun azad edilməsi əməliyyatında iştirakla bağlı anlaşmadan xəbər verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240590-türkiyə_mosulun_azad_edilməsi_əməliyyatında_iştirakla_bağlı_anlaşmadan_xəbər_verdi
Türkiyənin müdafiə naziri ölkəsinin Mosul əməliyyatında iştirakı ilə bağlı razılığın əldə edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2016 10:14 Asia/Baku
  • Fikri İşık
    Fikri İşık

Türkiyənin müdafiə naziri ölkəsinin Mosul əməliyyatında iştirakı ilə bağlı razılığın əldə edilməsindən xəbər verib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Fikri İşık Mosul əməliyyatında iştirakla bağlı Türkiyə ilə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya ilə arasında anlaşmanın əldə edilməsindən və bu anlaşmaya əsasən Türkiyə qırıcılarının Mosul əməliyyatında iştirak edəcəklərini bildirib. 

O, cənub-şərqi Avropa ölkələrinin müdafiə nazirlərinin iclası kənarında deyib: Türkiyənin iştirakı olmadan Mosulun gələcəyi ilə bağlı qərarın qəbul edilməsi imkansızdır. 

Fikri İşık həmçinin deyib: Türkiyənin Mosul əməliyyatında iştirak etməsi məntəqənin İŞİD terrorçularından təmizlənməsi əməliyyatının sürətlənməsinə kömək edəcək. 

Türkiyənin müdafiə naziri həmçinin xəbərdarlıq edib və deyib:  Yerli olmayan qüvvələrin bu əməliyyatda iştirak etməsi son dərəcə təhlükəli problemlərə və Türkiyəyə doğru böyük bir mühacirət dalğasının yaranmasına səbəb ola bilər.