Peşmərgələrin sözçüsü: Türkiyənin Mosul əməliyyatına müdaxiləsi məsələsinə qarışmırıq
İraq Kürdüstanı bölgəsində peşmərgə qüvvələrin sözçüsü deyib: Kürdüstan bölgəsinin hakimiyyəti Türkiyənin Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatında rol oynaması mövzusuna qarışa bilməz .
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, general Cabbar Yavər bu telekanala verdiyi müsahibədə deyib: İraq Kürdüstanı bölgəsinin hökuməti Türkiyənin Mosulun azad edilməsi əməliyyatında rol oynaması mövzusuna qarışa bilməz. Ona görə ki, bu məsələ İraqın milli hakimiyyəti ilə əlaqəlidir və bu barədə mərkəzi hökumət qərar verməlidir.
Yavər deyib: Bu İraqın mərkəzi dövləti ilə Turkiyə arasında olan bir məsələdir, İraqın konstitusiyası bu barədə Kürdüstan yerli hökumətinə səlahiyyət verməyib. Kürdüstan bölgəsinin yerli hökuməti başqa ölkələrin İraq ərazilərindəki fəaliyyətləri barədə hansısa müzakirələrə qatıla bilməz, yerli hökumət həm də digər ölkələrlə sərhəd yaxud müdafiə və silah müqavilələri də imzalaya bilməz.