Noy 18, 2016 21:05 Asia/Baku
  • Ali-Xəlifə hərbçiləri Qurani-Kərimə hörmətsizlik ediblər

Ali-Xəlifə hərbçiləri Qurani-Kərimə hörmətsizlik ediblər.

Bəhreyn Əlyəum portalının məlumatına görə, Ali-Xəlifə rejiminin bir qrup xəfiyyə qüvvəsi "Cu" məhbəsində edama məhkum olunmuş şəxslərin xüsusi kameralarına basqın edərək, heç bir dəlil olmadan Qurani-Kərimi və digər kitabları cırıbdır.

Bu məhbəsdəki məhbuslar da bu hərəkətə etiraz olaraq,aksiya keçiriblər.

Ali-Xəlifə rejimi bundan öncə də məscid və hüseyniyyələri dağıdıb, onlarla Qurani-Kərim nüsxəsini yandıraraq, Bəhreyn xalqının və müsəlmanların emosiyalarına zərbə vurubdur.

Bəhreynli din xadimləri Ali-Xəlifə rejiminin bu kimi hərəkətlərini pisləyərək, onları Bəhreyn tarixində bir ləkə adlandırıblar. Onlar dünyanın ümumi fikrindən, həmçinin ən yüksək beynəlxalq orqan kimi BMT-dən istəyiblər ki, dünya müsəlmanlarının müqəddəslərinə qarşı hörmətsizliklərə ciddi reaksiya göstərsinlər.

Teqlər