Noy 21, 2016 19:45 Asia/Baku
  • İraqlı qüvvələr cənub və qərb istiqamətlərdən Mosul şəhərinə doğru irəliləyirlər
    İraqlı qüvvələr cənub və qərb istiqamətlərdən Mosul şəhərinə doğru irəliləyirlər

İraqlı qüvvələr cənub və qərb istiqamətlərdən Mosul şəhərinə doğru irəliləyərək, bu məntəqələrdəki mövqelərini möhkəmləndirirlər.

İRİB-nin verdiyi məlumata görə, Mosulun azad edilməsi əməliyyatının davamında könüllü xalq qüvvələri Tələfərdə İŞİD-i mühasirəyə almaq və bu şəhərə daxil olmaq üçün İraq ordusundan əlavə təchizat və dəstək istəyiblər. Tələfər şəhəri İraq və Suriya arasındakı sonuncu bağlantı nöqtəsi sayılır.

İraqlı xalq qüvvələrinin sözçüsü Əhməd Ələsədi isə könüllü xalq qüvvələrinin qəhrəmanlığı və şücaətinin İŞİD terrorçularını çarəsiz duruma düşürdüyünü bildirib.

Ələsədi deyib: Tələfər şəhəri süqut etmək ərəfəsindədir. Və Mosulun azad edilməsi əməliyyatı İraqın işğal altında olan torpaqlarının son qarışına kimi azad ediləcəyi zamana qədər davam edəcək.

Neynəva əməliyyt komandanı Əbdüləmir Rəşid Yarallah da İraqın təhlükəsizlik qüvvələrinin Mosulun şərq hissəsindəki bəzi məntəqələrə daxil olduqlarını deyib.

İraq ordusunun komandanlarından Sami Ələridi də bildirib ki, iraqlı qüvvələr Mosulun şərq hissəsində öz gücünü bərpa edərək, terror hücumlarında istifadə edilən partlayıcı qurğu quraşdırılmış avtomobilləri aşkar etmək üçün bütün evlərdə axtarışlar aparmasından xəbər verib.

Mosulun azad edilməsi əməliyyatı bir ay öncə bütün iraqlı qüvvələrin o cümlədən xalq qüvvələri, kürd peşmərgə yaraqlıları və təhlükəsizlik qüvvələrinin iştirakı ilə başlanıb.

Teqlər