Türkiyədə İranın Əhli-Beyt (ə) məddahının vəfatını böyük itki adlandırırlar
-
Səlim Müəzzinzadə
İranın Əhli-Beyt (ə) məddahı və arifi Səlim Müəzzinzadə Ərdəbilinin vəfat etməsi Türkiyədə böyük rezonans doğurub.
İstanbulun Halkalı məhəlləsində Zeynəbiyyə məscidində Müəzzinzadə Ərdəbilinin vəfatı ilə bağlı yas mərasimi təşkil olunaraq o mərhumun xatirəsi anılıb.
Türkiyə Cəfəriləri Cəmiyyətinin sədri Səlahəddin Özgündüz də başsağlığı müraciəti verərək Müəzzinzadə Ərdəbili üçün yüksək ülvi dərəcələr və yaxınlarına səbir diləyib.
Mərhum Səlim Müəzzinzadə Ərdəbili həyatının 60 ilini növhəxanlıq və məddahlıq proqramlarının icrasına sərf etmişdir. Əzadarlıq və növhəxanlıq proqramları ilə əlaqədar təxminən 2500 kaset və disk ondan yadigar qalmışdır.
Müxtəlif məddahlıq, növhəxanlıq, mövlüdxanlıq, azan və Quran-Kərimin qiraəti ilə bağlı proqramların icra olunmasında onun vəsfolunmaz məharəti və məlahətli səsi bu sahədə tanınmış və məşhur şəxsiyyətlərin sırasında qərar vermişdir. Elə bu səbəbdən onu Sultanüz-Zakirin (zakirlərin sultanı) adlandırırdılar.