Mosulda partlayış onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i248696-mosulda_partlayış_onlarla_nəfərin_ölməsi_və_yaralanması_ilə_nəticələnib
İraqın şimalında yerləşən Mosulda terror aktı nəticəsində onlarla iraqlı sivil həlak olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2016 15:48 Asia/Baku
  • Mosulda partlayış onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnib

İraqın şimalında yerləşən Mosulda terror aktı nəticəsində onlarla iraqlı sivil həlak olub və yaralanıb.

İRNA-nın məlumatına görə, İŞİD terrorçuları bu gün Mosulun əl-Qadisiyyə məhəlləsində bomba quraşdırılmış tankeri partladıblar. Nəticədə azı 24 sivil həyatını itirib.

Mosulun şərqində əl-Qadisiyyə məhəlləsi son vaxtlar İŞİD terror qruplaşmasının işğalından azad olunub.

İraqın şimalında Neynəva vilayətinin Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsi əməliyyatı 17 oktyabrda başlanıb və davam edir.