Netanyahu: Qətnaməni yerinə yetirməyəcəyik və Trampı gözləyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i252713-netanyahu_qətnaməni_yerinə_yetirməyəcəyik_və_trampı_gözləyəcəyik
Sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi bir bəyanatda bildirib: İsrail BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Fələstin ərazilərində qəsəbələrin salınmasına son qoymaq üzrə təsdiqlədiyi qətnamənin müddəalarına sadiq qalmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2016 07:09 Asia/Baku
  • Netanyahu: Qətnaməni yerinə yetirməyəcəyik və Trampı gözləyəcəyik

Sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi bir bəyanatda bildirib: İsrail BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Fələstin ərazilərində qəsəbələrin salınmasına son qoymaq üzrə təsdiqlədiyi qətnamənin müddəalarına sadiq qalmayacaq.

Əl-Aləm telekanalının məlumatına görə, bu qətnamə Misirin təklifi ilə BMT Təhlükəsizlik Şurasında səsə qoyulub. 

Təhlükəsizlik Şurasının 14 üzvü bu qətnamənin lehinə səs verib və təkcə Amerika bitərəf səs verib. 

Bu qətnaməyə əsasən, sionist rejim dərhal və tam şəkildə Fələstinin işğal olunmuş ərazilərində, o cümlədən Şərqi Qüdsdə qəsəbələrin salınması üzrə bütün fəaliyyətlərini dayandırmalıdır. 

Netanyahunun ofisinin bəyanatında həmçinin Amerikanın bu qətnamənin bitərəf səs verməsinə toxunulub və bildirilib: Amerika bu "işbirliyi" qarşısında İsraili mühafizə edə bilmədi. 

Bu bəyanatda xatırlanıb: Təl-Əviv bu qətnamənin mənfi təsirlərini zərərsizləşdirmək üçün Amerikanın yeni seçilmiş prezidenti Donald Trampla və bu ölkə Konqresindəki müttəfiq və dostları ilə əməkdaşlıq yoluna göz dikib.

Netanyahu həmçinin Seneqal və Yeni Zelandiyanın Fələstin ərazilərində sionist rejimin qəsəbə salma prosesini dayandırması üzrə qətnaməni dəstəkləməsindən sonra, bu rejimin bu iki ölkədəki səfirlərinin dərhal məsləhətləşmə üçün qayıtmasına göstəriş verib. 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə gecə bu qətnamə təsdiqləndikdən sonra deyib ki, ABŞ-ın yeni prezidenti olaraq Ağ Evə daxil olduqdan sonra BMT-də çox şeylər dəyişəcəkdir. 

İsrail rejimi sionist qəsəbələr salmaqla Fələstinin coğrafi quruluşunu dəyişmək və bu bölgələrə sionist sima vermək niyyətindədir. Belə ki, Fələstin ərazilərində öz nəzarətini təsbit etmiş olsun.