Dek 25, 2016 17:04 Asia/Baku
  • İsrail əleyhinə qətnamənin lehinə səs verən ölkələrin səfirlərinə xəbərdarlıq edildi
    İsrail əleyhinə qətnamənin lehinə səs verən ölkələrin səfirlərinə xəbərdarlıq edildi

İsrailin baş naziri BMT-nin Təhlükəsizlik Şurasında bu rejim tərəfindən Fələstin ərazilərində qanunsuz qəsəbələrin salınması əleyhinə qətnaməyə səs verən ölkələrin səfirlərini çağırtdıraraq, xəbərdarlıq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü BMT-nin Təhlükəsizlik Şurasında İsrail əleyhinə qəbul edilmiş qətnamənin araşdırılması məqsədi ilə təşkil edilmiş təhlükəsizlik kabinetinin iclasında deyib: ABŞ hökuməti bu ölkənin BMT-dəki nümayəndəsinin bu qətnaməyə bitərəf səs verməsini öncədən planlaşdırıbmış və bunu həmin qətnaməyə dəstək vermək məqsədi ilə edərək, qətnamənin əleyhinə səs verməkdən çəkinib. 

Netanyahu əlavə edib: ABŞ dövlət katibi Con Kerridən İsrail işinin TŞ-yə aparılmamasını istəmişdim. 

BMT TŞ cümə günü İsrailin Fələstin ərazilərində qanunsuz şəkildə yaşayış massivləri salmasını qınayan qətnaməni 14 lehinə səslə qəbul etdi. ABŞ bu qətnamə ilə bağlı səsvermədə bitərəf mövqe sərgilədi. 

Bu qətnaməyə əsasən İsrail rejimi dərhal və tam şəkildə Fələstin ərazilərində qanunsuz yaşayış massivlərinin salınması siyasətini durdurmalıdır. 

Teqlər