Dek 26, 2016 11:48 Asia/Baku
  • Tunisdə sionist rejimlə əlaqələrin normallaşdırılmasına qarşı etiraz aksiyası keçirilib
    Tunisdə sionist rejimlə əlaqələrin normallaşdırılmasına qarşı etiraz aksiyası keçirilib

Tunisin Sfaqes şəhərində minlərlə vətəndaş aksiya keçirərək bu ölkənin sionist rejimlə əlaqələrn normallaşdırılması üzrə istənilən səyi pisləyib.

Əl-Məyadin televiziyasının məlumatına görə, minlərlə Tunis vətəndaşı Sfaqes şəhərində aksiya keçirərək bu şəhərdə şəhid Məhəmməd əl-Zuvarinin terror edilməsi cinayətini pisləyib. 

Tunisin müxtəlif siyasi cərəyanlarının iştirakı ilə keçirilən bu irimiqyaslı aksiyada etirazçılar əllərində Fələstin bayraqları və şəhid əl-Zuvarinin terrorunu pisləyən plakatları tutublar. 

Tunisin əl-Nəhzə hərəkatının rəhbərlərindən Əbdüllətif əl-Məkki deyib: Şəhid əl-Zuvarinin şəhid edilməsi ilə əlaqədar bu aksiyanın keçirilməsi milli birlik və Fələstin amalına dəstəyin vurğulanmasıdır. Tunisin bütün qrupları bu aksiyada iştirak edirlər. 

Aksiya iştirakçıları əl-Zuvarinin terror edilməsini pisləyərək Tunis hökumətini bu terroru törədən qatillər qarşısında şücaətli mövqe sərgiləməyə çağırıblar. 

Tunisin sabiq naziri Əbdülvəhhab Müəttər bu aksiyada deyib: Sionistlərlə istənilən təması cinayət hesab edən qanun layihəsindən azına razı olmayacağıq. 

Əl-Zuvarinin terrorunun ağrılı hadisə olmasına baxmayaraq, Tunis vətəndaşları və rəsmilərinin ürəyində müqavimət ruhiyyəsini canlandırıb. Sfaqes şəhəri Tunisdə müqavimət paytaxtına çevrilib. 

Tunisin şəxsiyyətlərindən biri Səmir Mütibə deyib: Müqavimət yolu çətin yoldur. Onu keçmək fədakarlıq və çoxlu qanların verilməsini tələb edir. Vətəndaşların bugünkü aksiyada irimqiyaslı iştirakı bu məsələni vurğulayır ki, bütün çətinliklərə baxmayraq müqavimətə dəstək sazişinə sadiqdirlər. 

Qeyd edək ki, Həmas hərəkatının üzvlərindən olan və bu hərəkatla pilotsuz uçan aparatların istehsalında əməkdaşlıq edən mühəndis Məhəmməd əl-Zuvari ötən ay Sfaqes şəhərində terror edildi. 

Teqlər