Dek 28, 2016 12:19 Asia/Baku
  • Sionist başçılar: Obama hökumətini qətnamə ilə əlaqədar ifşa edəcəyik
    Sionist başçılar: Obama hökumətini qətnamə ilə əlaqədar ifşa edəcəyik

Sionist rejim başçılarından bir qrupu ABŞ prezidenti Barak Obama hökumətinin BMT-nin Təhlükəsilik Şurasında sionist rejimin qəsəbə salma əməliyyatlarına qarşı qəbul edilən qətnamədə əli olduğuna dair sənədləri ifşa edəcəkləri ilə hədələyiblər.

İsrailin baş naziri Benyamin Netanyahu və onun nazirlərinin ABŞ-ın hazırkı kökuməti və Barak Obamanın özünə qarşı misli görünməmiş hücumları kulminasiya nöqtəsinə çatıb. 

Sionist başçılar bildiriblər ki, BMT TŞ-nin sionist sakinli şəhərciklərin salınmasına qarşı qətnaməsinin qəbul edilməsində Obama hökumətinin əli olduğunu göstərən faktları ifşa edəcəklər. 

Sionist rejimin Amerikadakı səfiri Ron Dermer bu rejimin ikinci kanalı ilə müsahibədə deyib: Amerika bu planın arxasında olub, bizdə bu barədə aydın faktlar var və bunları ABŞ-ın növbəti hökumətinin ixtiyarına varəcəyik. 

Netanyahu kabinetində Likud partiyasının naziri Zeif Elkin isə ABŞ prezidentinin müavini Co Baydeni ittihiamlandırıb ki, Ukraynadan BMT-nin TŞ-nin qətnaməsinə müsbət səs verməsini istəmişdir. 

Siyasi ekspertlərə görə, Krisməs tətilləri ərəfəsində Təhlükəsizlik Şurasına üzv ölkələrin səfirlərinin cəzalandırılmalarına dair Netanyahonun hərəkəti diplomatik və siyasi cəhətdən dəyərsiz  və gülüncdür. 

Sionist müşahidəçilər bildirirlər ki, Netanyahu sərt tonla boş-boş danışaraq öz uğursuzluğunu ört-basdır etmək istəyir və ən əsas problem ondan ibarətdir ki, Netanyaho öz arxasında bütün israilliləri də sıldırıma doğru aparır. 

İsrailin "Gələcək" partiyasının sədri Yair Lapid deyib: "Güclü və möhtərəm bir dövlət belə reaksiya verməz. Bu reaksiya dəlilikdir. İsrailin baş naziri bizim milli təhlükəsizliyimiz üzərində avanturistlik edir. "

Hənnan Əşravi Təhlükəsizlik Şurasının bu qətnaməsinin əhəmiyyəti barədə deyib: Bu qətnamə əlbəttəki formaldır amma siyasi əhəmiyyətə malikdir. Bu qətnamə beynəlxalq qanun və humanist normalara uyğundur. Bu qətnamə beynəlxalq siyasətin və Amerikanın siyasətinin bir hissəsidir amma yeganə fərqli cəhət ondan ibarətdir ki, Amerika İsrailin pozuntuları qarşısında həmişə ona qaranti vermişdir. 

Teqlər