Dek 28, 2016 12:27 Asia/Baku
  • BMT TŞ-nin qətnaməsi İsrailin təcrid durumunu artırır
    BMT TŞ-nin qətnaməsi İsrailin təcrid durumunu artırır

Fələstinli politoloq deyib: Təhülkəsizlik Şurasının son qətnaməsi İsrailin beynəlxalq təcridini artırır.

Cəhad Hərb Əl-Aləm telekanalına verdiyi müsahibədə sionist rejimin Təhlükəsizlik Şurasının Fələstin torpaqlarında sionist sakinli qəsəbələrin inşasının dayandırılmasına dair qətnaməsinə etirazları və bunun səbəbi barədə deyib: İsrail bu qətnamənin nəticələrindən nigarandır. Bu qətnamədə məskənsalmanın Qüdsdə və İordan çayının qərb sahilində qeyri-qanuni olduğu vurğulanıb, İsrailin son illər ərzində mənzilsalma əməliyyatlarının 1967-ci ilin sərhədlərini dəyişə bilməyəcəyi və İsrail ilə Fələstin arasında gələcək müzakirələrin də bu sərhədlər əsasında aparılacağı vurğulanıb. Bu qətnamə siyasi baxımdan fələstinlilərə əlavə güc verir , İsrail üçün təhlükəli məsələ qətnamənin 5-ci bəndində yer alır, orada dünya ölkələrindən İsrailin məskənsalma proqramına maliyyə yardımı verməmələri istənilib. Bu məsələ İsraili beynəlxalq maliyyə vasitələrindən məhrum edə bilər və dünyada həmin qəsəbələrdə istehsal olunan məhsullara boykot daha da güclənə bilər. 

Teqlər