Yan 03, 2017 09:54 Asia/Baku
  • Amerika Suriyaya qarşı hücumlarda sivillərin qırğın edilmələrini etiraf edib
    Amerika Suriyaya qarşı hücumlarda sivillərin qırğın edilmələrini etiraf edib

ABŞ ordusu bu ölkə qırıcılarının Suriyaya qarşı hücumlarında onlarla suriyalı mülkinin öldürlüdüyünü etiraf edib.

Press TV-nin məlumatına görə, ABŞ ordusu dünən bir bəyanatda etiraf edib ki, bu ölkənin qırıcıları 2014-cü ildən bəri Suriyada İŞİD ilə mübarizə bəhanəsilə keçirilən hücumlarda 188-dən çox suriyalı mülkini öldürüblər.

Hava hücumlarında sivillərin tələfatını izləyən İngiltərədə yerləşən Airwars qrupu oxşar zaman müddətində Suriya və İraqda keçirilmiş hava hücumlarında həlak olmuş mülkilərin sayını 2100 nəfərdən çox elan edib.

ABŞ ordusunun bəyanatında deyilir ki, Vaşinqton hərbi hədəflərə qarşı hücumlarda sivillərin tələfatı ilə bağlı riski azaltmağa çalışır. Amma bu tələfatın bir hissəsi qaçılmazdır.

2016-cı ilin noyabrında ABŞ-ın Suriya və İraqdakı hücumlarında mülkilərin həlak olmalarına dair 16 yeni hesabat yayılıb.

2016-cı il dekabrın 29-da da Amerika bildirdi ki, bu ölkə qırıcıları İraqın şimalında İŞİD-ə aid bir avtomobili məhv ediblər. Ondan sonra məsul şəxslər etiraf etdilər ki, bu hücum bir xəstəxananın parkinqində həyata keçirilib və bütün tələfat mülkilərə aid olubdur.

Teqlər