Yan 03, 2017 15:01 Asia/Baku
  • Ərəbistan şiələri Şeyx Nimrin amalları ilə öz əhd-peymanlarını təzələyiblər

Ərəbistan şiələri bu ölkənin mübariz ruhanisi Şeyx Nimrin şəhadətinin birinci ildönümü günü münasibətilə Ərəbistanın Əlqətif rayonunun Ələvamiyyə məntəqəsində aksiya keçiriblər.

IRNA-nın məlumatına görə, Ələvamiyyə məntəqəsinin sakinləri dünən gecə bu məntəqədə Şəhid Nimr Həftəliyi fəaliyyətləri çərçivəsində Ali-Səuda qarşı şüarlar verərək, Şeyx Nimrin amalları ilə öz əhd-peymanlarını təzələyiblər.

Aksiyaçılar həmçinin Şeyx Nimrin təsvirlərini və onu himayə üzrə plakatlar daşıyaraq, səudiyyə başçılarından istəyiblər ki, ailələrinə təhvil verməkdən boyun qaçırdıqları həlak olanların cənazələrini onlara versinlər.

Sosial şəbəkələrin istifadəçiləri də bazar ertəsi günü ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir Əl-Nimrin şəhadətinin birinci ildönümü günü münasibətilə virtual mühitdə "Şeyx Nimrin qanı cavabsız qalmayacaq!" adlı haştag işə salaraq, bu mübariz din xadiminin yolunun davam etdirilməsini vurğulayıblar.

Belə bir halda, Şeyx Nimr Baqir Əl-Nimrin şəhadətinin birinci ildönümü günü münasibətilə dünyanın müxtəlif məntəqələrində, o sıradan İraqda- müqəddəs Kərbəla şəhərində, Livanda, Bəhreyndə, Almaniyanın Berlin şəhərində və Londonda da bu tanınmış din aliminin edam edilməsini pisləyən tədbir və fəaliyyətlər həyata keçirilib.

Şeyx Nimr Baqir Əl-Nimr 2012-ci ilin iyulunda həbs olundu və 2015-ci ilin oktyabrında Ali-Səudun cinayət məhkəməsi tərəfindən "milli təhlükəsizliyə qarşı hərəkət və müharibə" ittihamı ilə ümumun qarşısında çarmıxa çəkilmək və qılınc ilə edam"a məhkum edildi.

Şeyx Nimrin edam edilməsi regional və müstəqil beynəlxalq təşkilatların reaksiyaları ilə üzləşdi.

Teqlər