Mosulun şərq hissəsinin tam azad olunması xəbəri gələn həftə elan olunacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254359-mosulun_şərq_hissəsinin_tam_azad_olunması_xəbəri_gələn_həftə_elan_olunacaq
Neynəva Vilayət Şurası proqnoz edib ki, Mosul şəhərinin şərq hissəsinin tam azad olunması xəbəri gələn həftəyə qədər elan olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2017 14:27 Asia/Baku
  • Mosulun şərq hissəsinin tam azad olunması xəbəri gələn həftə elan olunacaq
    Mosulun şərq hissəsinin tam azad olunması xəbəri gələn həftə elan olunacaq

Neynəva Vilayət Şurası proqnoz edib ki, Mosul şəhərinin şərq hissəsinin tam azad olunması xəbəri gələn həftəyə qədər elan olunacaq.

Əl-İtticah televiziyasının məlumatına görə, Neynəva Vilayət Şurası həmçinin bildirib: Şərq hissədə azad olunan bölgələrdə su və elektrik sisteminin təmiri və minaların təmizlənməsindən sonra 90%-ə yaxın didərgin öz evlərinə qayıdıb. Didərginlər evlərinə qayıtmazdan öncə tamamilə təhlükəsiz vəziyyətə gətirilib.

Neynəva Vilayət Şurası üzvlərindən biri Əbdüssəttar əl-Hibvə deyib: Mosulun şərq hissəsinin tam şəkildə İŞİD terror qruplaşmasından azad olunması yaxındır və İraq qüvvələrinin irəliləməsi qarşısında cinayətkar terrorçuların məhvindən sonra gələn həftə onun tam azadlığı elan olunacaq.