İraq və Suriyada mülkinin suyunun kəsilməsi; terrorçuların yeni cinayəti
İraqın şimalında Neynəva vilayəti şurasının üzvü deyib: İŞİD terrorçuları Mosulun yenicə azad edilmiş 30 məhəlləsinin suyunu kəsiblər.
Əl-Aləm televiziyasının verdiyi məlumata görə, Hisam Əl-İbar deyib: İraq dövləti bu məhəllələri içməli su ilə təmin etməyə səy göstərir.
Mosul şəhərinin suyunu təmin edən su nasos stansiyaları hələ İŞİD terrorçularının işğalı altındadır.
İraq və Suriyanın infrasturutkturlarının geniş miqyasda dağıdılması xüsusi ilə bu iki ölkənin şəhərlərinin elektrik şəbəkəsi sistemində geniş təxribatlar və içməli suyunun kəsilməsi, xalqın əhval-ruhiyyəsinə mənfi təsir etmək və İraq və Suriya ordularının irəliləyişlərinə mane olmaq üçün terrorçular tərəfindən həyata keçirilən yeni cinayətdir.
Son həftələrdə Suriyanın Vadi Berdi ərazilərindəki terrorçular o cümlədən də Cəbhətünnüsrə də bu bölgədə yerləşən Dəməşqin ən əsas su mənbəyini çirkləndirmişlər.
Son 15 gün ərzində bu səbəbdən Dəməşqin suyu kəsilib və Suriya paytaxtına tankerlə su daşınır.
13 kənddən ibarət olan Vadi Berdi bölgəsi Dəməşqin suya olan tələbatının 30 faizini təmin edir. Bu kəndlərin 13-ü silahlı müxaliflərin 3-ü isə Suriya ordusunun nəzarətindədir.