İraq qüvvələri Mosul Universitetini azad etdi
İraqın Terrorizmlə Mübarizə qüvvələri bildirib: Mosul Universiteti tam şəkildə İŞİD terrorçularının işğalından azad olunub.
İRNA-nın məlumatına görə, adının açıqlanmasını istəməyən İraqın Terrorizmlə Mübarizə Qüvvələrinin yüksək çinli zabiti deyib: Mosul Universiteti şənbə günü İŞİD-in işğalından tam azad olundu.
İraq xüsusi qüvvələri cümə günü Mosul Universitetinin ərazisinə daxil olmuş və onun bir neçə binasını terrorçulardan təmizləyə bilmişdilər. Terrorçular Mosul Universitetindən kimyəvi silahları istehsal etmək üçün laboratoriya olaraq istifadə edirdilər.
Neynəva vilayətinin mərkəzi olan Mosulun azad olunması əməliyyatı 2016-cı il 17 oktyabrda İraq baş naziri və Ali Baş Komandanı Heydər əl-İbadiinin fərmanı ilə altı istiqamətdən başlaıb.
15 dekabrda sona çatan Mosulun azad olunması əməliyyatının ilk etapında şəhərin şərq hissəsinin 56 məhəlləsindən 40 məhəlləsi İŞİD terror qruplaşmasının işğalından azad olundu.
İraq qüvvələri 29 dekabrda Mosulun azad olunması əməliyyatının 2-ci mərhələsi başlandığı zamandan indiyə qədər onlarla məhəlləni azad edib və Mosulun şimal istiqamətində öz əməliyyatlarını yenidən başlayıblar.