İraq könüllüləri irəliləyir
Yan 27, 2017 11:50 Asia/Baku
İraqın Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəəbi ötən 72 saat ərzində keçirdikləri xüsusi əməliyyatda İraqın şimalında yerləşən Mosulun cənubunda 450 km ərazini İŞİD terror qruplaşmasının işğalından azad edə və təmizləyə biliblər.
İRNA-nın məlumatına görə, İraq Xalq Səfərbər Qüvvələri ötən gecə bir bəyanatda bildirib: Bu əməliyyat Səlahəddin vilayətinin şimalında Əş-Şərqat şəhəri ilə Mosulun cənubunda Həmmam əl-Əlil şəhəri arasında keçirilib.
Bu əməliyyatda bölgənin çoxlu sayda kəndi tam şəkildə azad olunub və terrorçulardan təmizlənib. İŞİD terror qruplaşmasının onlarla ünsürü öldürülüb.
Mosulun şərq hissəsi son vaxtlar İŞİD terro qruplaşmasından azad olundu.