Fev 09, 2017 17:48 Asia/Baku
  • Netanyahu Belçikanın Təl-Əvivdəki səfirinin tənbeh edilməsi barədə göstəriş verib
    Netanyahu Belçikanın Təl-Əvivdəki səfirinin tənbeh edilməsi barədə göstəriş verib

Sionist rejimin baş naziri Belçikanın baş naziri ilə Netanyahu kabinetinin tənqidçisi olan iki insan haqları təşkilatının nümayəndələri arasındakı iclasın koordinasiyası səbəbindən Belçikanın Təl-Əvivdəki səfirinin tənbeh edilməsi barədə göstəriş verib.

IRNA-nın məlumatına görə, Belçikanın baş naziri Şarl Mişel Yaxın Şərqə son səfərində dünən "Sükutun sındırılması" və "Betslim" adlı iki insan haqları təşkilatının nümayəndələri ilə görüşüb.

Belçikanın Təl-Əvivdəki səfirinin tədarük gördüyü Belçikanın baş nazirinin iki insan haqları təşkilatının nümayəndələri ilə görüşü sionist rejim başçılarının hiddətinə səbəb olub.

Sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi bir bəyanatda bildirib ki, İsrail rejimi Belçikanın baş nazirinin iki insan haqları təşkilatının nümayəndələri ilə görüşünü təhlükəli görür və Belçika qərar çıxarmalıdır ki, yolunu dəyişmək, ya da ki, Təl-Əvivlə ziddiyyət gedişini davam etdirmək istəyir.

Teqlər