Sionist rejimin baş naziri cinayət işinə cəlb olunur
Sionist rejim polisi baş nazir Benyamin Netanyahunun cinayət işinə cəlb olunması üçün baş prokurorluğa müraciət etmək istəyir.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejimin 2-ci kanalı bu gün bildirib ki, sionist rejim polisi Netanyahunun korrupsiya və rüşvətxorluq dosyası ilə əlaqədar İsrailin baş prokurorluğuna şikayət ərizəsi təqdim edəcək.
Sionist rejimin 2-ci kanalı proqnoz edib ki, İsrail polisinin Netanyahunun korrupsiya işi barədə araşdırmaları 4-6 ayadək yekunlaşacaq və Netanyahunun əcnəbi iş adamından rüşvət alması ittihamı ilə bir daha istintaqa cəlb olunacağı ehtimal edilir.
İsrail polisi Benyamin Netanyahuya daxili və xarici iş adamlarından on minlərlə dollar hədiyyələr almasında və siyasi öhdəliklərini pozmasında şübhəlidir.
Netanyahu sualtı qayıq satın alınmasında bir alman şirkətdən milyonlarla dollar rüşvət almaqda da ittiham olunur.