Fev 21, 2017 11:00 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: İranı hərbi təhdid psixoloji müharibədir
    Seyid Həsən Nəsrullah: İranı hərbi təhdid psixoloji müharibədir

Livan Hizbullahının baş katibi xatırladıb: İranı hərblə təhdid etmək imtiyazlar almaq və ya öz dəyərləri və prinsiplərindən geri çəkilməsi məqsədilə İran rəhbərliyi, dövləti və xalqına təzyiq göstərmək üçün psixoloji müharibədir.

Livan Hizbullahının katibi Seyid Həsən Nəsrullah bazar ertəsi gecə İRİB-ə verdiyi eksklüziv müsahibədə Vaşinqtonun İrana hücum etmək şəraitində olmadığını deyib: Amerikalılar İran İslam Respublikasının tək olmadığını bilirlər. 

Livan Hizbullahının baş katibi əlavə edib: Suriya müharibəsində sadəcə silahlı terror qrupları ilə savaş deyil, üstəlik ABŞ-ın başçılıq etdiyi bir çox qərb və ərəb ölkələri ilə müharibədir. 

Seyid Həsən Nəsrullah həmçinin Ərəbistanın ötən iki il ərzində Yəmənə hücum etdiyinə toxunub: ABŞ, sionist rejim və bəzi ərəb ölkələrinin bu hücumda birbaşa iştirakı vardır. 
Livan Hizbullahını baş katibi Ərəbistanın Yəmənə hücumunda 17 milyondan çox yəmənlinin mühasirəyə düşdüyünü qeyd edib: Yəmənin məzlum xalqı təcavüzkarlar qarşısıdna əfsanəvi müqaviməti əks etdirdi. 

Seyid Həsən Nəsrullah bəhreynli inqilabçıların həbs olunması və edam edilməsinə də münasibət bildirib: Ali-Xəlifə rejimi mühasirə və bəhreynli inqilabçılar,  xüsusilə də bu ölkənin nüfuzlu ruhanisi Şeyx İsa Qasim əleyhinə ağır qərarlar verməklə Bəhreyn xalqının inqilabını repressiya etmək ardıncadır. 

Nəsrullah həmçinin ABŞ və sionist rejimin Livan Hizbullahını terror qruplaşması adlandırmasına dair sualı da belə cavablandırıb: Terrorçular xalqlar üçün ədaləti icra edənlər məqamında olmamalı və başqalarını terrorçu adlandırmamalıdırlar. 

Teqlər