Bəhreynli gəncin dəfn mərasimində xalqın geniş iştirakı
Minlərlə bəhreynli Ali-Xəlifə hərbçilərinin gülləsilə öldürülmüş gənc oğlan Abdullah Ələcuzun dəfn mərasimində iştirak edib.
21 yaşlı bəhreynli gənc Abdullah Ələcuz bazar ertəsi günü dövlət qüvvələri tərəfindən həbs olunarkən baş və sinə nahiyələrindən hədəfə alınaraq, öldürülüb.
Mərat Əl-Bəhreyn saytı xəbər verib ki, Əlnəvidrat məntəqəsinin Bəhreyn hərbçiləri tərəfindən mühasirə olunmasına rəğmən, minlərlə nəfər dünən Abdullah Ələcuzun dəfn mərasimində iştirak edib.
Bəhreynli gəncin dəfn mərasimindən sonra Ali-Xəlifə hərbçiləri mərasim iştirakçılarına hücum edərək, onlara tərəf gözyaşardıcı qaz buraxıblar.
Bəhreynin Daxili İşlər Nazirliyi iddia edibdir ki, Abdullah Ələcuz dünən həbs olunarkən qaçmağa başlayıb və yüksək nöqtədən yıxılma nəticəsində vəfat edibdir.
Bu bəhreynli gəncin ailəsi övladının atəşə tutulduğunu vurğulayaraq, onun ölüm kağızını imzalamaqdan boyun qaçırıbdır.
Belə bir halda, Bəhreyn xalqından yüzlərlə nəfər dünən səhər geniş bir aksiyada Ali-Xəlifə rejiminə qarşı şüarlar verərək, inqilabçıların yatırılmalarını pisləyibdir.
Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir.